Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Kompleks Qazma İşləri” Tresti dəniz və qurudakı 9 yataqda qazma işləri apa

SOCAR-ın “Kompleks Qazma İşləri” Tresti hazırda Azərbaycanın dənizdə 6, quruda isə 3 yatağında qazma işləri aparır. Bu barədə Trest məlumat yayıb. Bildirilir ki, “Kompleks Qazma İşləri” Tresti ötən 10 il ərzində “Bulla-dəniz”, “Qoşadaş”, “Cahandar”, “Türkan”, “Bəyimdağ-Təkçay”, “Pirallahı adası”, “Qum adası”, “Muradxanlı” yataqlarında qazma işləri apararaq qarşıya qoyulmuş axtarış-kəşfiyyat planını artıqlaması ilə yerinə yetirib. Trest hazırda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bulla-dəniz”, “Günəşli”, “Neft Daşları”, “Darvin Bankası”, “Çilov”, “Qərbi Abşeron” yataqlarında, quruda isə “Pirallahı”, “Qaradağ” və “Sədan” sahələrində qazma işlərini davam etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır