

“BP Azerbaijan”: “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə işlər ümumilikdə 60 faiz tamamlanıb
Üçüncü rübün sonuna “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 60 faiz tamamlanıb.
“BP Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub. Onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır