Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Bulla-dəniz” yatağında yeni quyuda qazma işlərinə başlanı

“SOCAR-AQŞ” birgə müəssisəsi “Bulla-dəniz” yatağında 6 saylı stasionar dəniz özülündən layihə dərinliyi 6 200 metr olan 113 saylı quyuda qazma işlərinə başlayıb. Quyunun məhsuldar qatın VIII horizontuna qazılması planlaşdırılır. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir. Qeyd edək ki, “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır