Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

kəməri ilə 18 mln. ton Azərbaycan nefti nəql ol

 Bu ilin yanvar- avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 18 062 280 ton Azərbaycan nefti ötürülüb. SOCAR-ın verdiyi məlumata görə, avqust ayında isə 2 484 700 ton Azərbaycan nefti nəql olunub. Bu ilin səkkiz ayında BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi illik müqayisədə 9,6% azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 339 600 342 ton neft vurulub. Bundan başqa, avqust ayında BTC kəməri ilə 549 434 ton Türkmənistan nefti nəql olunub. Bu isə ötən ilin müvafiq ayından 58,8% çoxdur. Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur. “BTC Co.”-nun səhmdarları rolunda BP (30,10%), “AzBTC” (25,00%), “Chevron” (8,90%), “Statoil” (8,71%), TPAO (6,53%), “Eni” (5,00%), “Total” (5,00%), “Itochu” (3,40%), “Inpex” (2,50%), CIECO (2,50%) və “ONGC (BTC) Ltd.” (2,36%) şirkətləri çıxış edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır