Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

nc qazmaçılara sertifikatlar ver

SOCAR-ın  Kompleks Qazma İşləri Trestində “Haliburton” şirkətinin “Landmark Learning” kursunu müvəffəqiyyətlə bitirmiş gənc qazmaçılara sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə şirkətin vitse-prezidentləri Yaşar Lətifov və Bəhram Hüseynov, şirkətin baş ofisinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “Azneft” İB-nin, Kompleks Qazma İşləri Trestinin, Fontana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissənin nümayəndələri iştirak ediblər. Y.Lətifov Kompleks Qazma İşləri Trestinin neft-qaz sənayesinin inkişafındakı rolunu yüksək qiymətləndirib, yeni yataqların açılmasında, hasilatın artırılmasında qazma işlərinin vacibliyini vurğulayıb. Tədbirdə “Günəşli” yatağındakı 5 nömrəli Dərin Dəniz Özülündən qazılması nəzərdə tutulan 330 nömrəli quyunun qazma proqramı müzakirə edilib. Trestin müdiri İskəndər Şirəli müasir tipli qazma qurğularının istehsalata tətbiqindən söz açıb, əldə olunmuş nailiyyətlərdə mütəxəssis hazırlığının əhəmiyyətini qeyd edib. “Günəşli” yatağında 5 nömrəli Dərin Dəniz Özülündə əlavə olaraq qazılacaq 8 quyudan biri – 330 nömrəli quyunun qazma proqramının müzakirəsində SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, qazma şöbəsinin rəisi Əliş Həsənov, həmçinin trestin, “Azneft” İB-nin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun nümayəndələri qazmaya hazırlıq işləri, mümkün risklər və onların aradan qaldırılması yolları haqqında fikir və mülahizələrini bildiriblər. Həmçinin Kompleks Qazma İşləri Trestinin nəzdində yaradılmış “Well Plan” analitik layihə qrupunun fəaliyyətindən söz açılıb. Bildirilib ki, qrup tərtib edilmiş iş planlarının istehsalatda icrasının monitorinqini və supervayzinqini uğurla həyata keçirir. Qrupda müasir qazma proqramlarına yiyələnmiş gənc mütəxəssislər çalışır. Bu il onlardan 12 nəfəri “Landmark Learning” proqramını mənimsəyib. Sonda həmin gənc qazmaçılara “Landmak Learning” proqramını uğurla bitirdikləri haqda sertifikatlar təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır