Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

ım ildə “Azəri-Çıraq-Günəşli”də hasilat 106 milyon barreldən çox

Bu ilin yanvar-iyun aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 106 milyon barreldən çox, yəni 14 milyon tondan artıq təşkil edib. “BP-Azerbaijan” şirkətindən  bildirilib ki, hesabat dövründə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (56 min), “Mərkəzi Azəri” (129 min), “Qərbi Azəri” (116 min), “Şərqi Azəri” (77 min), “Dərinsulu Günəşli” (120 min) və “Qərbi Çıraq” (87 min) platformalarından birlikdə – gündə orta hesabla 585 min barrel olub. AÇG-də ümumilikdə 112 neft hasilat quyusu, 48 qaz və su injektor quyusu istismarda olub. Yarım ildə blokda 11 neft hasilat və 2 suvurma quyusu qazılıb. Altı ayda AÇG layihəsinə təqribən 230 milyon dollar əməliyyat və 601 milyon dollar isə əsaslı məsrəflər xərclənib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır