

İlin əvvəlindən Ceyhan terminalından 8,6 milyon barelə yaxın AÇG nefti yola salınıb
Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,579 milyard barel neft nəql edib.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Bugünədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft daşıyan 4 670 tanker yola salınıb.
2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 116 AÇG nefti daşıyan tanker və ya 8,6 milyon barelə yaxın neft yola salınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır