• Bakı, 2021-01-16,
Seanews
Heyder Eliyev

“Şahdəniz-2” üzrə dərinsulu şərq-cənub cinahından hasilata 2021-ci ilin birinci yarısında başlanması planlaşdırılır

Üçüncü rüb ərzində “Şahdəniz-2” komandası “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə sualtı quraşdırma işlərini plana uyğun davam etdirib.

Bu barədə “BP Azerbaijan” şirkətindən bildirilib.

Məlumata görə, “İsrafil Hüseynov” borudüzən gəmisi yatağın şərq-cənub cinahına bağlanan axın xətlərinin mexaniki quraşdırılmasını oktyabrın 8-də təhlükəsiz şəkildə başa çatdırıb, bu isə layihə üzrə mühüm bir işdir.

Dərinsulu şərq-cənub cinahından (suyun 540 metr dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin birinci yarısına planlaşdırılır. Digər 2 dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır