

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən çıxarılan neft-kondensat həcmləri açıqlanıb
“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il sentyabrın 1-dək ümumilikdə 545,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu vaxtadək həmin həcmdən 544,9 milyon tonu ixraca nəql olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır