• Bakı, 2020-05-29,
Seanews
Heyder Eliyev

Azərbaycanda mart ayı üzrə gündəlik neft hasilatının həcmi açıqlanıb

2020-ci ilin mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barel olub. Bunun 683,7 min barelini xam neft, 80,2 min barelini kondensat təşkil edib. Gündəlik 418,9 min barel xam neft, 76,2 min barel kondensat, 15,5 min barel neft məhsulları ixrac edilib.

Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş Razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Energetika Nazirliyi mart ayı üzrə hasilat göstəriciləri ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-ci ilin 31 mart tarixində başa çatıb. Sabah OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında 9-cu iclası keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır