Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

SOCAR apreldə Belarusa bir partiya Azərbaycan nefti nəql edəcək

SOCAR apreldə Belarusa Azərbaycan neftinin yeni partiyasını nəql etməyi planlaşdırır.

"Biz aprel ayında Belarusa Gürcüstanın Supsa limanından bir partiya neft göndərməyi planlaşdırırıq", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, bu partiyanın həcmi 85-90 min ton təşkil edəcək. "Tanker aprelin 8-də, hava şəraiti yaxşılaşan kimi yola salına bilər", - deyə İ.Əhmədov əlavə edib.

Xəbər verildiyi kimi, “SOCAR Trading” mart ayında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa ümumi həcmi 250 min tona yaxın 3 partiya neft nəql edib. Martın 12-də Ceyhan limanından 90 min ton “Azeri Light” markalı, martın 15-də Novorossiysk limanından 80 min ton “Urals” markalı, martın 24-də isə Supsa limanından 80 min ton “Azeri Light” markalı neft tankerləri Odessa limanında qəbul edilib. Neft Odessa-Brodı boru kəməri, daha sonra isə Broda-Mozır marşrutu ilə Mozır neft emalı zavoduna yola salınıb.

 İnterfaks-Azərbaycan


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır