Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

SOCAR AQŞ “Bulla-dəniz”də daha bir quyunun tikintisini başa çatdırıb

SOCAR AQŞ “Bulla-dəniz” yatağında daha bir quyu tikintisini uğurla və keyfiyyətlə başa çatdırıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, SOCAR AQŞ 6 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 6200 metr olan 113 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırıb.

Qazma qurğusunun rəisi İlqar Məmmədov bildirib ki, 113 nömrəli quyuda həyata keçirilən bütün əməliyyatlarla (kəmər endirilməsi, sementlənmə və sair) bağlı “Azneft” İstehsalat Birliyi ilə vaxtaşırı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib, sifarişçinin təyin etdiyi bütün texnoloji parametrlərə və tələblərə tam riayət olunub: “SOCAR AQŞ”nin qazmaçıları dünyanın yüksək təzyiqli yataqlarından biri hesab edilən “Bulla-dəniz” də ilklərə imza atmaqla ən çətin sınaqların öhdəsindən uğurla gəldiklərini bir daha sübut etdilər. Əminliklə vurğulamaq istəyirəm ki, qazandığımız nailiyyətlər qarşımızda yeni geniş imkanlar açmaqdadır”.

SOCAR AQŞ həmişə olduğu növbəti quyuları da keyfiyyət, sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (KSTTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır