Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Azərbaycan Türkmənistanda keçirilən beynəlxalq neft-qaz sərgisində iştirak edir

Azərbaycan Aşqabadda keçirilən "Türkmənistan nefti və qazı-2019" beynəlxalq sərgi və konfransında iştirak edir.

 "Turkmenneft" dövlət konserninin təşkil etdiyi sərgi-konfrans bu gün başlayıb.

Forumun məqsədi Türkmənistanın neft-qaz sektoruna xarici sərmayələrin və qabaqcıl texnologiyaların cəlb edilməsi, eyni zamanda Türkmənistanın neft-qaz ehtiyatlarının inkişafı sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.

Sərgi-konfransda Türkmənistan və digər ölkələrdən onlarla neft-qaz şirkəti iştirak edəcək. Forumun qonaqları arasında Rusiya, ABŞ, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Malayziya, Yaponiya, İtaliya və digər ölkələrin nümayəndələri var.

Konfrans zamanı yanacaq-enerji sektorundakı qlobal tendensiyaların inkişafı məsələlərinin müzakirə edilməsi və hazırda Türkmənistanın neft-qaz sektorunda həyata keçirilən əsas layihələrin vəziyyətləri barədə forum iştirakçılarına məlumat verilməsi planlaşdırılır.

Forum çərçivəsində xarici şirkətlərin nümayəndələri Türkmənistanın neft-qaz kompleksinin rəhbərliyi ilə görüşəcək, Türkmənistanın neft-qaz bazarında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün aktual məsələləri müzakirə edəcəklər. Bundan əlavə, konfrans çərçivəsində Aşqabad yaxınlığında olan və təbii qazdan sintetik benzin istehsal edildiyi yeni açılmış qaz-kimya zavoduna baş çəkmək planlaşdırılır.

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır