Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Bəxtiyar Aslanbəyli: “Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusu dekabrda qazılacaq

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusu cari ilin dekabrında qazılacaq.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Quyunu Heydər Əliyev yarımdalma qazma qurğusu vasitəsilə qazmağa başlamağı planlaşdırırıq”, - deyə B.Aslanbəyli bildirib.

BP hesab edir ki, “Şəfəq-Asiman” böyük qaz və kondensat perspektiv strukturudur və o, miqyasına görə “Şahdəniz” yatağı qədər ola bilər.

Xatırladaq ki, 2009-cu il iyulun 13-də SOCAR və BP “Şəfəq-Asiman”a dair memorandum imzalayıb. 2010-cu ilin oktyabrında isə BP ilə SOCAR tərəfindən “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Müddəti 30 il olan sazişə əsasən, “BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti 50 faiz paya və SOCAR isə qalan 50 faiz paya malikdir.

“Şəfəq-Asiman” bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.

BP “Şəfəq-Asiman” üzrə hasilatın pay bölgüsü üzrə sazişin operatorudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır