Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

AÇG-dən son 11 ildə 367 mln. ton neft hasil edilib

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından 2008-2018-ci illərdə 390,8 mln. neft və qaz kondensatı hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən dövr ərzində AÇG neft-qaz blokundan 367 mln. ton neft çıxarılıb.

Aparılan hesablamalara əsasən, son 11 ildə “Şahdəniz” qaz-kondensat yatağından 23,8 mln. ton kondensat hasil edilib.

 Xatırladaq ki, Azərbaycanda 2008-2018-ci illərdə 480,3 mln. ton neft hasil olunub. Ötən dövr ərzində ən yüksək hasilat göstəricisi 2010-cu ildə qeydə alınıb – 50,8 mln. ton, ən aşağı göstərici isə (38,7 mln. ton) 2017-ci ilə təsadüf edir. Son 11 il ərzində Azərbaycanda neft hasilatı 12,8% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır