Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

class="content-title">AÇG-dəki platformaların hər birindən çıxarılan neftin həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı platformaların hər birindən ötən ilin sonunadək çıxarılan xam neftin həcmi açıqlanıb.

AZƏRTAC BP-nin hesabatına istinadla xəbər verir ki, hasilata başlanandan (1997-ci ilin noyabrından) bu vaxtadək “Çıraq” platformasından 721,2 milyon barrel, “Mərkəzi Azəri”dən 888 milyon barrel (2005-ci ilin fevralından), “Qərbi Azəri”dən 801 milyon barrel (2005-ci ilin dekabrından), “Şərqi Azəri”dən 470,1 milyon barrel (2006-cı ilin noyabrından), “Dərinsulu Günəşli”dən 478,1 milyon barrel (2008-ci ilin aprelindən) və “Qərbi Çıraq” platformasından isə 151,1 milyon barrel (2014-cü ilin yanvarından) neft hasil olunub.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,5 milyard barreli keçib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır