Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-06,
Seanews
Heyder Eliyev

class="content-title">“Günəşli” yatağında daha bir quyunun tikintisi vaxtından tez başa çatdırılıb

SOCAR AQŞ 7 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 2660 metr olan 342 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından xeyli əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Bu barədə SOCAR AQŞ-dən bildirilib.

Əməliyyatların səmərəliliyinə nəzarət şöbəsinin müdiri Oktay Bağırov deyib ki, yeni nəsil qazma avadanlığı “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyu Balaxanı lay dəstəsi –X horizonta keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilib. Quyunun faktiki kommersiya sürəti 1698m/dəzgah/ay təşkil edib. Bu rəqəm özlüyündə quyu tikintisinin təhlükəsiz aparılmasının və qazmanın optimallaşdırılmasının nəticəsidir ki, sifarişçinin təyin etdiyi vaxtdan 1,5 dəfə az müddətə quyu qazılaraq təhvil verilib və yüksək iqtisadi səmərə əldə edilib. SOCAR AQŞ həmişə olduğu kimi, bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır