Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Qatar Energy”  LNG donanmasındakı tankerlərinin sayını 100-ə çatdırmağı planlaşdırır

“Qatar Energy”şirkəti “China Petroleum & Chemical Corporation” (“Sinopec”) ilə 27 il müddətinə Çinə ildə 4 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, LNG həcmləri “Qatar Energy”-nin “North Field East” LNG layihəsindən tədarük ediləcək və Çindəki “Sinopec” qəbul terminallarına çatdırılacaq.

“Seanews.az”ın məlumatına görə, bu, “Qatar Energy” və “Sinopec arasında ikinci LNG tədarükü müqaviləsidir. 2021-ci ilin martında Çinə ildə 2 milyon ton LNG tədarükü üçün 10 illik müqavilə imzalanıb.

Müqavilə NFE layihəsi çərçivəsində ilk uzunmüddətli LNG tədarükü müqaviləsidir və “Qatar Energy”-nin 2026 və 2027-ci illərdə tam gücə çatması planlaşdırılan NFE və NFS şimal genişləndirmə layihələri çərçivəsində səkkiz beynəlxalq tərəfdaşlıq sazişindən sonra həyata keçirilir.

NFE və NFS-in genişləndirilməsi layihələrini dəstəkləmək üçün “Qatar Energy” həmçinin cəmi 60 LNG daşıyıcısı üçün yeni gəmi tikintisi müqavilələri və uzunmüddətli çarter müqavilələri bağlayıb. Gələcəkdə LNG donanmasındakı tankerlərin sayının 100-ə çatdırılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır