Honkonq limanının buraxılış qabiliyyəti ildə 456 min gəmi təşkil edir
2022-ci ilin yanvar-avqust aylarında Çinin Honkonq limanının konteyner dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% azalaraq 11,29 milyon TEU təşkil edib.
Liman administrasiyasının məlumatına görə, Honkonqun ən böyük konteyner terminalı olan Kvay Sinq vasitəsilə aşırmaların həcmi 8,8% azalaraq 8,8 milyon TEU-ya, digər terminallar vasitəsilə isə 16% artaraq 2,4 milyon TEU-ya çatıb.
Dünyanın ən böyük yükaşırma müəssisələrindən biri olan Honkonq limanının buraxılış qabiliyyəti ildə 456 min gəmi təşkil edir. 2019-cu ildə limanın konteyner dövriyyəsi 18,36 milyon TEU olub.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır