Türkiyədən Rusiyaya yüklərin çatdırılması üçün yeni xidmət istifadəyə verilir
Logistika operatoru “Ruskon” (“Delo Group”-a daxildir) Novorossiysk limanı vasitəsilə Türkiyədən Rusiyaya yüklərin çatdırılması üçün yeni multimodal xidmətə başlayıb.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, xidmətin bir hissəsi olaraq operator Türkiyənin istənilən yerində Rusiyaya daşınmaq üçün yükü təhvil verməyə imkan verir. Yük İstanbulda ixtisaslaşdırılmış “Ruskon” anbarında birləşdirildikdən sonra dolu konteyner formalaşır və gəmi ilə Novorossiyskə çatdırılır. Yük “NUTEP” konteyner terminalında emal olunur.
Qeyd olunur ki, Novorossiyskdə malları yenidən yükləmək, “Ruskon”un öz qatar xidmətləri ilə göndərmək və avtomobillə Rusiyanın istənilən yerinə çatdırmaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır