Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“CMA CGM” gəmiçilik şirkəti yükdaşıma tariflərini azaldır

“CMA CGM” gəmiçilik şirkəti Fransa hökumətinin xahişinə biganə qalmayıb və yükdaşıma tariflərini azaltmaq niyyətindədir.

"Seanews.az" xəbər verir ki, şirkət avqustun 1-dən xətt Fransanın iri pərakəndə satış şəbəkələri üçün istehlak malları konteynerinin tarifini 500 dollar azaldır.

Xatırladaq ki, keçən həftə Fransanın maliyyə naziri Bruno Le Maire milli enerji və gəmiçilik şirkətlərini “çətin iqtisadi dövrlərdə ölkəyə kömək etməyə və mənfəəti xalqla “paylaşmağa” çağırmışdı.

2021-ci ilin sonunda “CMA CGM”-nın xalis mənfəəti 18 milyard dollar təşkil edib. Şirkər bu il daha çox mənfəətə ümid bəsləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır