Ukraynada su nəqliyyatı ilə yük daşımalarının həcmi 3,1% azalıb
Ukraynada su nəqliyyatı ilə yük daşımalarının həcmi 2021-ci ilin yanvar-avqust aylarında 3,2 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azdır.
“Seanews.az”-ın məlumatına görə, su nəqliyyatı müəssisələrinin yük dövriyyəsi 0,6% artaraq 1 milyard 907 milyon ton-km təşkil edib.
Ümumiyyətlə, nəqliyyat müəssisələri bu ilin səkkiz ayında 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə yük daşımalarının həcmini 4,3% - 398,5 milyon tona qədər artırıb. Nəqliyyat müəssisələrinin yük dövriyyəsi 1,5% artaraq 188,39 milyard ton-km-ə çatıb.
Dövlət Statistika Xidmətinin məlumatına görə, 2020-ci ildə Ukraynada su nəqliyyatı ilə yük daşımalarının həcmi 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,3% az olmaqla 5,6 milyon ton təşkil edib.