Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Ukraynalı yük sahiblərinə Aralıq dənizi və Şimali Afrika limanlarına sərfəli giriş imkanları yaradılır

“Seanews.az” xəbər verir ki, Türkiyənin “Akkon Lines” konteyner xətti Türkiyədən Ukraynaya yeni bir xidmət açır. “DP World TIS Pivdennyi” və “Akkon Shipping” arasında əməkdaşlıq müqaviləsi 2021-ci il avqustun 26-da  imzalanıb.

Sentyabrın birinci ongünlüyündə “Pivdennıy” limanına ilk gəminin yan alması  gözlənilir.

Fasiləsiz həftəlik xidmət “Pivdennıy” limanındakı konteyner terminalı ilə Türkiyənin əsas limanları Ambarlı və Qəbbzə arasında birbaşa əlaqəni təmin edəcək. Bu, Ukraynadan olan yük sahiblərinə Aralıq dənizi və Şimali Afrika bazarlarına - Rumıniyanın Konstansa, İspaniyanın Valensiya, Barselona və Castellon, İtalyanın Salerno və Genuya, Tunisin Sussa və Bizerte, Əlcəzairin Annaba və s. limanlarına sərfəli giriş imkanları yaradacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır