Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Səudiyyə Ərəbistanı və Qətər arasında dəniz ticarəti yenidən başlayıb

Səudiyyə Ərəbistanı ilə Qətər arasında dəniz ticarəti yenidən başlayıb.

"MediaPost" xəbər verir ki, bu barədə səudiyyə ərəbistanlı rəsmilər məlumat yayıb. 

Dəmmam bölgəsindəki Kral Əbdüləziz limanının "Twitter" hesabından verilən açıqlamada "Səudiyyə Ərəbistanı və Qətər arasındakı dəniz ticarəti Qətərdəki Beynəlxalq Hamed limanından gələn 27 konteynerlə yenidən başladı", - deyə qeyd olunub.

Xatırladaq ki, Körfəz problemini həll edən 41-ci Körfəz Əməkdaşlığı Şurası sammiti (KİK) 5 yanvarda Səudiyyə Ərəbistanının Əl-Ula bölgəsində baş tutmuşdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır