rkmənistan və Rumıniya Qara dəniz–Xəzər dənizi tranzit nəqliyyat dəhlizinin yaradılmasında maraqlıdı
Türkmənistan və Rumıniya Qara dəniz–Xəzər dənizi tranzit nəqliyyat dəhlizinin yaradılmasına xüsusi maraq göstərirlər. Türkmənistan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumata görə, bu məsələ ilə bağlı Buxarestdə iki ölkənin xarici siyasət idarələrinin müavinləri səviyyəsində məsləhətləşmələr aparılıb. Görüşdə siyasi-diplomatik, parlamentlərarası, ticarət-iqtisadi, nəqliyyat, energetika və humanitar-mədəni sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Tərəflər ticarət-iqtisadi əməkdaşlıq məsələləri, həmçinin Qara dəniz–Xəzər dənizi tranzit nəqliyyat dəhlizinin yaradılması üzrə layihəyə xüsusi maraq göstəriblər. Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır