• Bakı, 2020-07-08,
Seanews
Heyder Eliyev

Qazaxıstan limanlarından Azərbaycana yükaşırmanın həcmi açıqlanıb

2020-ci ilin birinci rübündə Qazaxıstanın Aktau və Kurık limanlarından Azərbaycan istiqamətində 475 min ton yük aşırılıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Bu barədə Qazaxıstan Sənaye və İnfrastruktur Nazirliyindən bildiriblər.

Məlumata əsasən, 2019-cu ildə Aktau və Kurık limanlarından Azərbaycan istiqamətində 1,655 milyon ton yük aşırılıb ki, bu da 2018-ci illə müqayisədə təxminən 10 faiz azdır.

Nazirlikdən bildiriblər ki, 2019-cu il ərzində Kurık limanında 1,370 milyon ton bərə yükü, o cümlədən 8 865 vahid avtonəqliyyat (63 faiz artım), 20 306 vaqon (16 faiz azalma) emal olunub.

 

 

2020-ci ilin yanvar-mart aylarında Kurık limanında 369 min ton bərə yükü, o cümlədən 2 138 vahid avtonəqliyyat (145 faiz artım), 5 171 vaqon (20 faiz azalma) emal olunub.

Nazirlikdən xatırladıblar ki, hazırda Qazaxıstanda müxtəlif tonnajlı gəmilərə xidmət göstərən üç dəniz limanı fəaliyyət göstərir: Aktau, Bautino və Kurık limanı.

Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır