Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

is-Lazuli marşrutu ilə ilk yüklər Azərbaycana gətir

Lapis-Lazuli marşrut xətti ilə ilk yüklər Azərbaycana gətirilib. Qarşılanma mərasimində Türkiyə və Əfqanıstanın Azərbaycandakı səfirləri, Gürcüstan və Türkmənistanın Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edib. Əfqanıstandan Türkmənistana “Berkarar” gəmisi ilə yola salınan 9 tır Bakı Limanına çatıb və quru yol ilə Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya yolunu davam etdirəcək. Qeyd edək ki, yüklər Əfqanıstandan dekabrın 13-də yola salınıb. Daşınan yüklərə əsasən pambıq, küncüd, quru meyvə və digər məhsullar daxildir. Lapis-Lazuli marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA – Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb. Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır