Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

anın Sari şəhərində “Xəzər dənizi ixracatının inkişafı” üzrə beynəlxalq konfrans keçir

İyulun 11-də İranın Mazandaran vilayətinin mərkəzi Sari şəhərində “Xəzər dənizi ixracatının inkişafı” üzrə beynəlxalq konfrans işə başlayıb. Konfransda Azərbaycan, Tacikistan, Rusiya, Türkmənistan, Qazaxıstan, Gürcüstan, Əfqanıstan və Hindistandan gəlmiş nümayəndələr iştirak edirlər. Beynəlxalq konfrans çərçivəsində Xəzəryanı ölkələrin iqtisadi əlaqələrinin dəniz vasitəsilə genişləndirilməsi məsələləri müzakirə edilir. İranın Xəzər sahilindəki Bəndər Əmrəbad Xüsusi İqtisadi Zonasının limanlar və dənizçilik üzrə direktoru Siyavuş Rezvani konfransın açılışında deyib ki, Xəzəryanı dövlətlərin dəniz vasitəsilə ixracatı artırmaları hər bir ölkənin iqtisadiyatında yeni sahənin inkişafına təkan verəcək. Onun sözlərinə görə, bu beynəlxalq konfrans Xəzəryanı ölkələrə dəniz ixracatının genişlənməsi imkanlarının və problemlərin araşdırılması məqsədilə keçirilir. Xatırladaq ki, İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Bəndər Əmirəbad limanı ilə idxal-ixrac əməliyyatlarını həyata keçirir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır