Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

zər dənizində yeni beynəlxalq liman tikilə

Türkmənistan ərazisində yeni konteyner terminallı liman tikiləcək.  Seanews.az xəbər verir ki, liman Xəzər hövzəsində yerləşən bütün ölkələrdən sərnişin və yük gəmilərini qəbul edəcək. Türkmənistan hökumət nümayəndələrinin sözlərinə görə, Türkmənbaşı şəhərində tikiləcək liman bütün mərkəzi Asiya regionunda vacib logistik mərkəzə çevriləcək. Layihə sərnişin, bərə və konteyner terminallarının tikintisini nəzərdə tutur. 249 min kvadratmetr ərazidə inşa ediləcək konteyner terminalı 400 min konteyner aşırma gücünə malik olacaq. Eyni zamanda  limanda axan yüklər və polipropilen terminalları, gəmi tikintisi və təmiri zavodları da inşa ediləcək. Limanın ümumi ərazisi isə 1 milyon 400 min kvadratmetr olacaq. Türkmənbaşıda yük dövriyyəsinin  17-18 milyon ton olacağı gözlənilir. Qeyd edək ki, limanın tikintisi “Yaşıl liman” standartlarına və beynəlxalq normalara uyğun həyata keçiriləcək. Dənizin təmizliyi üçün burada biotəmizləyici stansiyalar da yaradılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır