Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi İran və Azərbaycanın iqtisadi əməkdaşlığının əsasını təşkil

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşdırılması İran ilə Azərbaycanın iqtisadi əməkdaşlığının əsasını təşkil edir. Bu sözləri İranın yol və şəhərsalma nazirinin beynəlxalq məsələlər üzrə müavini Əsğər Fəxriyyə Kaşani deyib. O bildirib ki, qlobal xarakter daşıyan bu beynəlxalq layihənin həyata keçirilməsi nəticəsində hər iki ölkə təkcə yüklərin tranzit daşınmasından 1 milyard dollar əldə edəcəklər. Nazir müavini qeyd edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin aparıcı istiqaməti Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoludur. Bu yolun Qəzvin-Rəşt hissəsinin gələn ilin mart ayında istismara veriləcəyi gözlənilir. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan Rəşt-Astara dəmir yolunun inşasına investisiya yatırmağa razıdır. Hər iki ölkə bu yolun tezliklə çəkilməsində maraqlıdır və səylərini əsirgəmirlər. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır