Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-20,
Seanews
Heyder Eliyev

yda TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 7% ar

2017-ci ilin yanvar-iyul aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 30 mln. 292,9 min ton təşkil edib. Bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 6,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. TRACECA çərçivəsində yüklərin 7 mln. 569,4 min tonu və ya 25%-i dəmir yolu nəqliyyatı, 18 mln. 624,4 min tonu və ya 61,5%-i avtomobil nəqliyyatı, 4 mln. 99,1 min tonu və ya 13,3%-i dəniz nəqliyyatının payına düşüb. Yanvar-iyul aylarında TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 5 mln. 764,4 min ton və ya 19% tranzit yüklərin payına düşüb. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir. Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır