Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

eldə dənizlə daşımaların həcmi ar

Cari ilin aprelində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmində çoxalma olub. Artım həm maye, həm də quru yüklərdə qeydə alınıb. Hesabat dövründə 2189 avtomaşının daşınması isə keçən ilin eyni dövründəki nəticəni 67  faiz üstələməyə imkan verib. Hesabata görə, ötən ay  dəniz nəqliyyatı ilə 2300 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2143 olub. Bu, faizlə ifadədə 7% artım deməkdir. Əlavə edək ki, ümumilikdə vaqonlarla 370505 ton maye, 73208.5 ton quru yüklər daşınıb. 2017-ci ilin aprelində dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1551  sərnişin daşınıb. Bu göstərici  ötən ilin müvafiq dövrü ilə müqayisədə 120 nəfər çoxdur. Xatırladaq ki, Gəmiçilik daşımalar üçün online sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. Tariflər qurumun  www.acsc.az  internet saytında yerləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır