Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-11,
Seanews
Heyder Eliyev

“FESCO” İsgəndəriyyə və Nava Şeva limanları arasında soyuducu konteynerlərin daşınmasına başlayıb

“FESCO” nəqliyyat qrupu soyuducu konteynerlərdə yüklərin daşınması üçün yeni beynəlxalq marşrutu işə salıb.

“Seanews.az” xəbər verir ki, iyunun 10-da “Dalreftrans” MMC-nin konteynerlərlə dolu gəmisi Misirin İsgəndəriyyə limanından ilk dəfə Hindistanın Nava Şeva limanına doğru istiqamət götürüb.

124 TEU sitrus meyvələrinin çatdırılması tamamilə “FESCO Indian Line” dəniz xətti daxilində nəqliyyat qrupunun öz aktivləri hesabına həyata keçirilir. Tranzit müddəti təxminən 18 gün olacaq.

“Dalreftrans” MMC (“FESCO”-ya daxildir) ildə 33 min TEU-dan çox ümumi daşıma həcmi ilə Rusiya Federasiyasında soyuducu konteyner daşımalarının ən böyük operatorudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır