Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Sinqapur limanında yük dövriyyəsi artıb

2024-cü ilin yanvar ayında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% artaraq 50,78 milyon tona çatıb.

“Seanews.az” xəbər verir ki, neft yüklərinin aşırılması 7,7% artaraq 15,4 milyon ton, balker yüklərinin aşırılması 8,4% azalaraq 2 milyon ton, ümumi konteynersiz yüklərin aşırılması 16,8% azalaraq 2,1 milyon ton olub.

Hesabat dövründə limanın konteyner dövriyyəsi 3,31 milyon TEU təşkil edib ki, bu da 10,6% artım deməkdir.

Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2022-ci ildə Sinqapur limanının yük dövriyyəsi 577,7 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır