Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-03-03,
Seanews
Heyder Eliyev

İlin əvvəlindən Kocaeli limanı 8 mindən çox gəmi qəbul edib

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Kocaeli limanı 8 min 59 gəmi qəbul edib.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib. 

Məlumata görə, qeyd edilən müddət ərzində Kocaeli limanı Türkiyə bayrağı altında üzən 2 min 434, digər ölkələrin bayraqları altında üzən 5 min 625 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 581 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 764, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 817 olub.

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 186 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 34 min 822, Türkiyə bayrağı altında olan gəmilər isə 16 min 364 olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır