

Lonq-Biç limanı 1911-ci ildə inşa edilib
2023-cü ilin yanvar-iyun aylarında ABŞ-ın Lonq-Biç limanında konteyner yüklərinin aşırılması 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,5% azalaraq 3,73 milyon TEU təşkil edib.
İdxal yüklərinin aşırılması həcmi 29% azalaraq 1,74 milyon TEU, ixrac yüklərinin işlənməsi isə 2,2% azalaraq 695,1 min TEU olub.
Bu ilin iyun ayında 597 min TEU konteyner aşırılıb.
1911-ci ildə tikilmiş Lonq-Biç limanı dünyanın aparıcı dəniz limanlarından biri, trans-sakit okean xidmətləri üçün mərkəzdir. 2022-ci ildə konteynerlərin aşırılması 2021-ci ilə nisbətən 2,7% azalaraq 9,13 milyon TEU təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır