Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Ventspils limanının yük dövriyyəsi 2,3% artıb

2023-cü ilin yanvar-fevral aylarında Latviyanın Ventspils limanının yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artaraq 2,4 milyon tona çatıb. O cümlədən, 1,17 milyon ton maye yük (+26,5%),  799 min ton balker yükləri (-20%) və 425 min ton ümumi yüklər (+1%) aşırılıb.

“Seanews.az”-ın məlumatına görə, hesabat dövründə limana 221 gəmi yan alıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8% azdır.

Venta çayının mənsəbi yaxınlığında yerləşən Ventspils limanı neft məhsulları, maye kimyəvi maddələr, gübrələr, metal, ağac və balıq sənayesi məhsulları, kömür, konteynerlər və Ro-Ro qoşqularının yüklənməsi və boşaldılması üçün terminallarla təchiz edilmişdir.

2022-ci ildə Ventspils limanında 14,7 milyon ton yüş aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır