Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Hamina-Kotka limanından keçən tranzit yüklərin həcmi azalıb

Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2023-cü ilin yanvar-fevral aylarında 2,28 milyon ton olub ki, bu da  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artım deməkdir.

“Seanews.az”-ın məlumatına görə, ixrac üçün yüklərin aşırılması 19,5% azalaraq 1,38 milyon ton, maye yüklərin işlənməsi 11,4 dəfə azalaraq 29,9 min ton təşkil edib.

İdxal edilən yüklərin aşırılması 1,7 dəfə artaraq 894 min tona çatıb.

Limandan keçən tranzit  yüklərin həcmi 46,7% azalaraq 368,13 min ton təşkil edib.

Limanın konteyner dövriyyəsi 82,4 min TEU olub ki, bu da 0,3% az deməkdir.

Limana gəmilərin daxil olmalarının sayı 18,2% azalaraq 369-ə enib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır