ABŞ ölkədə ən böyük neft terminalı tikəcək
Amerika Birləşmiş Ştatların Dəniz Administrasiyası Meksika körfəzində yeni Dəniz Limanı Neft Terminalının tikintisi sifarişini bəyənib.
“Seanews.az”-ın məlumatına görə, bu, sutkada 2 milyon barel gücündə ölkənin ən böyük neft ixrac terminalı olacaq.
Layihəyə Hyuston bölgəsində “Enterprise Products Partners L.P.” tərəfindən idarə olunan terminal daxildir. Yeni terminal sualtı boru kəmərləri sistemi ilə quruda 4,8 milyon barel tutumu olan anbara birləşdiriləcək.
Layihə üç il müzakirə edilib, “Earthworks” qeyri-kommersiya ətraf mühit təşkilatının məlumatına görə, 80 mindən çox şərh və etiraza baxılıb.
Amerika Birləşmiş Ştatların Dəniz Administrasiyası deyir ki, “limanın tikintisi və istismarı milli maraqlara uyğundur, çünki layihə iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa kömək edəcək, həmçinin ABŞ-ın enerji infrastrukturunun çevikliyini və təhlükəsizliyini artıracaq.”