Sinqapur limanında 482 milyon ton yük aşırılıb
2022-ci ilin yanvar-oktyabr aylarında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% azalaraq 482 milyon tona enib.
“Seanews.az”-ın məlumatına görə, quru yüklərin aşırılması 16,6 milyon ton (-13%), maye yüklərin aşırılması 157,6 milyon ton (-1,6%) təşkil edib.
Konteyner dövriyyəsi 0,4% azalaraq 31 milyon TEU-ya düşüb.
Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2021-ci ildə Sinqapur limanının yük dövriyyəsi 599 milyon ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 1,41% çoxdur. Limanın konteyner dövriyyəsi ötən il 1,6% artaraq 37,5 milyon TEU-ya çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır