Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

İldə 1,2 milyon konteyner aşırılacaq

“China Harbour Engineering Company Ltd” (“CHEC”) Nigeriyanın iqtisadi mərkəzi Laqosda genişmiqyaslı dəniz layihəsini - ilk dərin su limanının tikintisini tamamlayıb və oktyabrın 31-də ölkə hökumətinə təhvil verib.

“Seanews.az”ın məlumatına görə, Çinin Nigeriyadakı səfiri Cui Jianchun “Sinxua” agentliyinə müsahibəsində limanın Nigeriyanın iqtisadi inkişafı ehtiyaclarını qarşılayacağını söyləyib.

Səfir bildirib ki, Çin, Fransa və Nigeriya arasında kommersiya üçbucaqlı əməkdaşlıq layihəsi olan Lekki limanı Afrikada “Kəmər və Yol” əməkdaşlığının inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

“CHEC”-nin inşa etdiyi Lekki limanı Nigeriyanın ən böyük yükaşırma müəssisəsidir. Tikintisinə 2020-ci ilin iyununda start verilmişdi. Limanda ildə 1,2 milyon standart konteyner aşırılacaq.

Əyalətinin qubernatoru Babajide Sanvo-Olunun fikrincə yeni liman Laqosu təkcə Qərbi Afrikada deyil, həm də Mərkəzi və Qərbi Afrika regionunda yeni dəniz logistika mərkəzinə çevirəcək.

“Bu yaxınlarda tamamlanan layihə yaxın illərdə Nigeriyada təxminən 200 min birbaşa və dolayı iş yeri yaradacaq və ölkənin gəlirlərini artıracaq”,- deyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır