Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Rusiya taxıl dəhlizi sazişinə qayıdır

Taxıl dəhlizindən Moskvaya qarşı döyüş əməliyyatları aparmaq üçün istifadə etməmək barədə Ukraynadan yazılı zəmanət alan Rusiya taxıl sazişinə qayıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi RF Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Qeyd olunub ki, bu, BMT və Türkiyənin vasitəçiliyi sayəsində baş tutub.

“Kənd təsərrüfatı məhsullarının daşındığı humanitar dəhlizin və Ukrayna limanlarının RF-ə qarşı döyüş əməliyyatları aparmaq üçün istifadə olunmaması haqqında noyabrın 1-də Ukrayna tərəfdən Birgə koordinasiya mərkəzinə ünvanlanmış zəruri yazılı zəmanət almaq mümkün olub”, - məlumatda belə deyilir.

Nazirlikdən bildiriblər ki, Ukrayna tərəfi “humanitar dəniz dəhlizindən yalnız “Qara dəniz təşəbbüsünə” və Birgə koordinasiya mərkəzinin bununla bağlı qaydalarına uyğun olaraq istifadə ediləcəyini rəsmən təsdiqləyib”.

“Rusiya Federasiyası hesab edir ki, alınmış zəmanət hazırda yetərlidir və sazişin reallaşması bərpa olunur”, - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, oktyabrın 29-da Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının daşınmasının reallaşdırılması üzrə sazişdə iştirakını dayandırdığını elan etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır