“Taxıl sazişi” çərçivəsində yola salınan yükün həcmi açıqlanıb
“Taxıl sazişi” çərçivəsində avqustun 1-dən indiyədək Ukrayna limanlarından çıxan kənd təsərrüfatı məhsullarının həcmi 9 milyon ton olub.
“Seanews.az”ın Ukraynanın İnfrastrukur Nazirliyinə istinadən verdiyi xəbərə görə, təkcə oktyabrın 27-də limanlardan 102 min ton buğda yola salınıb.
3 ay ərzində Ukrayna limanlarından yola düşən 397 gəminin istiqaməti Avropa, Afrika və Asiya ölkələrinə olub. Oktyabrın 27-də yola salınan daha 7 gəmi də həmin marşrut üzrə hərəkət edəcək. Onların arasında olan “Stella GS” balkerindəki 30,6 min ton qarğıdalı isə Tunisə çatdırılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır