Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

Daşkənddə nəqliyyat sahəsinə dair iki günlük toplantı işinə başlayıb

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin nəqliyyat nazirlərinin 6-cı toplantısı işinə başlayıb.

Toplantı çərçivəsində TDT-yə üzv dövlətlərin nəqliyyatın inkişafı üzrə işçi qrupunun 11-ci, qardaşlaşmış limanların 5-ci və dəmir yolu qurumlarının nümayəndələrinin 1-ci iclası da keçirilir. 

Tədbirdə iştirak edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İstismar kommersiya departamentinin əməkdaşı Niyaməddin Aslanov ASCO-nun fəaliyyətinə dair geniş təqdimatdan sonra ona ünvanlanan sualları cavablandırıb. O, Özbəkistan istiqamətində daşınan yüklər ətrafında aparılan müzakirələrlə bağlı da fikirlərini səsləndirib.

İki gün davam edəcək toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə həyata keçirilən daşımaların effektivliyinin daha da artırılması,  regionun tranzit potensialının inkişafı, eləcə də alternativ nəqliyyat marşrutları ilə bağlı fikir mübadiləsinin  aparılacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır