Türkiyə limanları sentyabrda 32 milyon tona yaxın yük qəbul edib
Türkiyə limanları cari ilin sentyabrında 31 milyon 992 min 434 ton yük qəbul edib.
"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bu dövrdə Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 209 min 770 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 712 min 664 ton olub.
Bundan başqa, ötən ay Türkiyə limanlarından 6 milyon 635 min 624 ton tranzit yük daşınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır