Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Freqat 26 düyün sürətlə hərəkət edəcək

Böyük Britaniya Kral Donanması üçün nəzərdə tutulan freqatın 2022-ci ilin sonunda suya buraxılması planlaşdırılır.

“Seanews.az” xəbər verir ki, hazırda Qovandakı gəmiqayırma zavodunda gəminin gövdəsi və üst quruluşu yığılır. Suya buraxıldıqdan sonra freqat təchiz olunması üçün Scotstone tərsanəsinə gedəcək.

Ümumilikdə Britaniya Hərbi Dəniz Qüvvələri bu tipdə səkkiz freqat almaq niyyətindədir. İlk gəmi olan “Qlazqo”nun tikintisinə 2017-ci ilin iyununda başlanmışdı və onu 2020-ci ildə istismara vermək istəyirdilər. Seriyanın bütün gəmiləri 2020-ci illərin sonuna qədər tikiləcəyi güman edilirdi, lakin sonralar  tarixlər 2030-cu illərə keçirildi.

İlk üç freqatın dəyəri 3,7 milyard funt-sterlinq (4,8 milyard dollar) təşkil edir.

“Qlazqo”nun uzunluğu 150 metr, eni 21 metr, yükqadırma qabiliyyəti 8000 tondur.  Gəmi 26 düyündən çox sürətlə hərəkət edə biləcək.

Heyəti 157 nəfərdən ibarət olacaq freqat müasir müşahidə və kəşfiyyat sistemləri, zenit-raket kompleksi, gəmi və sualtı qayıqlar əleyhinə raketlərlə təchiz ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır