“Stena Bulk” son LNG tankerini satıb
İsveç gəmi sahibi “Stena Bulk” özünün ən son mayeləşdirilmiş təbii qaz tankerini Asiyada naməlum alıcıya satıb.
Bu barədə “Seanews.az”” “Splash” nəşrinə istinadən xəbər verir.
“Stena Bulk”-un prezidenti və baş icraçı direktoru Erik Honell deyib ki, "Bu satış bizim donanmamız üçün yeni inkişaf imkanlarını araşdırarkən strateji baxışımıza uyğundur".
“Stena Bulk” LNG aktivlərini keçən ilin iyun ayında satışa çıxarıb. “Splash” yazır ki, şirkət bölmənin mümkün birbaşa satışı və ya onun gələcək inkişafına birgə investisiya qoyuluşu ilə bağlı bir neçə maraqlı tərəflə danışıqlar apardığını bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır