“Yaşıl” qazın dəniz daşımalarının bütün logistik zənciri təcrübədə sınaqdan keçirilir
Mayeləşdirilmiş hidrogenin ilk böyük partiyası bu ultra yüngül qazı nəql etmək üçün xüsusi olaraq hazırlanmış unikal “Suiso Frontier” tankerində Avstraliyadan Yaponiyaya göndərilir.
“Seanews.az” xəbər verir ki, 116 metrlik (380 fut) “Suiso Frontier” tankeri yapon gəmi inşaatçıları tərəfindən layihələndirilib və “Kawasaki Heavy Industries”-in tərsanəsində inşa edilib. Gəmi mayeləşdirilmiş hidrogenin saxlanması üçün vakuum izolyasiyası ilə təchiz edilmiş xüsusi çənlərlə təchiz edilib.
İlk kommersiya səfərində tankerin yüklənməsi layihənin 70%-ni (75 ton maye hidrogen) təşkil edəcək. Qaz Avstraliyanın Hastinqs limanında quruda yerləşən mayeləşdirmə stansiyasında ilkin olaraq -253°C temperatura qədər soyudulduqdan sonra tankerə vurulub və burada bütün daşınma müddəti ərzində eyni temperaturda saxlanılacaq.
Mayeləşdirilmiş hidrogenlə yüklənmiş gəmi yanvarın 28-i axşam Hastinqsdən yola düşüb və fevralın ortalarında onun Yaponiyanın Kobe limanına çatması gözlənilir, burada yükü eyni aşağı temperaturda sahil anbarına vurulacaq. Beləliklə, əsas həlqələrindən biri “Suiso Frontier” tankeri olan “yaşıl” qazın dəniz daşımalarının bütün logistik zənciri təcrübədə sınaqdan keçiriləcək.