Saxalin sahillərində ilişib qalan yedək gəmisini saydan çıxarmağa başlayıblar
Uqleqorsk vilayətinin sahillərində ilişib qalan “Şaxtersk-1” yedək gəmisinin saydan çıxarılmasına cəhd edilir. Xilasetmə əməliyyatının birinci mərhələsi bu həftə başlayıb və işlərə vilayətin meri Dmitri Sukanov nəzarət edir.
“Seanews.az” xəbər verir ki, sözügedən dəniz yedək gəmisi 2021-ci il dekabrın 30-da saat 11:50-də Şaxtersk limanına yaxınlaşarkən sahildən 40 metr aralıda saya oturub.
Əlverişsiz hava şəraiti səbəbindən uzun müddət xilasetmə işlərinə başlaya bilməyiblər.
Hər şey plana uyğun getsə və hava yaxşı olsa, gəmini 2-3 günə saydan çıxarmaq mümkün olacaq. “Şaxtersk-1” gəmisinin batmaq riski yoxdursa, o, bir və ya iki yedəklə qaldırılaraq təhlükəsiz yerə aparılacaq.
Havaların pisləşəcəyi təqdirdə mütəxəssislər yenidən gözləməli olacaqlar.