Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Yeni avtomobildaşıyan gəmi əvvəlkiləri xeyli üstələyəcək

Norveçin “Höegh Autoliners” (“HA”) gəmiçilik şirkəti Çinin “China Merchants Heavy Industry” (“CMHI”)  gəmiqayırma konserni ilə təkərli nəqliyyat vasitələrinin daşınması üçün ölçülərinə görə əvvəlkiləri xeyli üstələyəcək gəminin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, “Aurora” layihəsinə uyğun olaraq inşa edilən yeni gəmi eyni vaxtda 9100 vahid standart təkərli texnikanın daşınması üçün nəzərdə tutulub. Beləliklə, nəqliyyat imkanlarına görə, o, “Höegh Autoliners”-in donanmasının flaqmanı – uzunluğu 200 metr, dedveyti 76 400 ton olan və göyərtəsinə 8500 avtomobil götürə bilən “New Horizon” gəmisini xeyli üstələcək.

Ümumilikdə, müqaviləyə əsasən, norveçli operator dörd "Aurora" sinifli gəmi sifariş edib, onlardan ikisini Çin gəmi inşaatçıları 2024-cü ilin ikinci yarısında, daha ikisini isə 2025-ci ilin birinci yarısında istismara verməyi planlaşdırırlar.

Bununla belə, “China Merchants Heavy Industry” gəmiqayırma konserninin rəhbərliyi seriyanın ilk gəmisinin gələn ilin sonuna kimi sifarişçiyə təhvil verilməsi imkanını götür-qoy edir. Müqavilənin şərtləri bu sinifdən daha dörd analoji avtomobil daşıyıcısının tikintisi variantını da nəzərdə tutur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır